Məsləhətçi heyət

Komandamız təcrübəli mühəndis və ekoloqlardan ibarət yerli və beynəlxalq standartlara əsaslanaraq, hər bir layihəyə fərdi yanaşma tətbiq edir. 
Bizim üçün əsas prioritet — müştərilərin texniki – iqtisadi göstəricilərinin yüksəldilməsi, ekoloji dəyərlərin qorunmasıdır.

Xalıqverdi Hü​​seynov 

Elmi-texniki Şuranın üzvü

Xalıqverdi Hüseynov 

Elmi-texniki Şuranın üzvü

“GEOexpert Consulting” MMC-də Baş Direktor olaraq fəaliyyət göstərir. O, Azərbaycan Dövlət Aqrar Universitetində Bitkilərin Mühafizəsi ixtisası üzrə təhsil almış və idarəetmə sahəsində uzunmüddətli təcrübəyə .....

Ətraflı

Şahmar Hüseynov

Elmi-texniki Şuranın üzvü

Şahmar Hüseynov

Elmi-texniki Şuranın üzvü

GEOexpert Consulting” MMC-nin Baş direktoru Şahmar Hüseynov 30 ildən artıq neft-qaz sənayesində strateji və əməli idarəetmə təcrübəsinə malikdir. O, karyerasına 1991-ci ildə “Leninneft” NQÇİ-də başlamış, sonrakı illərdə...

Ətraflı

İlham Babayev

Elmi-texniki Şuranın üzvü

İlham Babayev

Elmi-texniki Şuranın üzvü

lham Babayev 1974–1982-ci illərdə Azərbaycan Dövlət Universitetinin Geologiya fakültəsində təhsil alaraq mühəndis-geoloq ixtisası üzrə bakalavr dərəcəsi almış, daha sonra MBA (magistr) təhsili ilə idarəetmə sahəsində biliklərini dərinləşdirmişdir...

Ətraflı

Elmir Qaragözov

Elmi-texniki Şuranın üzvü

Elmir Qaragözov

Elmi-texniki Şuranın üzvü

Elmir Qaragözov Azərbaycan Dövlət Neft və Sənaye Universitetində neft-mədən geologiya üzrə bakalavr və dəniz yataqlarının qiymətləndirilməsi və səmərəli işlənməsini özündə əhatə edən istiqamət üzrə magistr təhsili almış, daha sonra....

Ətraflı

Phill Maxwell

Elmi-texniki Şuranın üzvü

Phill Maxwell

Elmi-texniki Şuranın üzvü

Phil Maxwell neft-qaz sənayesində 50 ilə yaxın beynəlxalq peşəkar təcrübəyə malik yüksək ixtisaslı icraçı rəhbər və strateji məsləhətçidir. O, Southampton Universitetində Fizika üzrə bakalavr (BSc Hons) təhsili almış...

Ətraflı

Azad Məcidov

Elmi-texniki Şuranın üzvü

Azad Məcidov

Elmi-texniki Şuranın üzvü

Azad Məcidov “GEOexpert Consulting” MMC-də Direktor müavini və Əməyin mühafizəsi, Təhlükəsizlik, Ekologiya və Keyfiyyət xidmətinin rəhbəri kimi fəaliyyət göstərir. 

Ətraflı

Komanda və Əməkdaşlıq

Müxtəlif mütəxəssislərin fərqli baxışları
GEOexpert Consulting komandası müxtəlif sahələrdən olan mütəxəssislərdən ibarətdir. Hər bir layihədə fərqli perspektivlər və peşəkar yanaşmalar birləşdirilir, nəticədə daha innovativ və effektiv həllər yaranır. 

Təcrübəmizin şirkət mütəxəssislərinə ötürülməsi
Biz yalnız layihələri icra etmirik, həm də təcrübəmizi müştəri komandalarına ötürürük. Bu yanaşma, əməliyyatların davamlı inkişafını təmin edir və yerli mütəxəssislərin bilik səviyyəsini artırır. 

Yüksək əməkdaşlıq münasibəti və məmnunluq
Komandamızda güclü əməkdaşlıq və qarşılıqlı hörmət əsas prinsiplərdəndir. Müştərilərimiz və tərəfdaşlarımız bizimlə işləməkdən tam məmnuniyyət əldə edir, hər bir layihə həm səmərəli, həm də xoş təcrübə ilə nəticələnir.

Şahmar Hüseynov

Baş direktor, Texnika elmləri üzrə fəlsəfə doktoru

GEOexpert Consulting” MMC-nin Baş direktoru Şahmar Hüseynov 30-35 ildən artıq neft-qaz sənayesində strateji və əməli idarəetmə təcrübəsinə malikdir. O, karyerasına 1991-ci ildə “Leninneft” NQÇİ-də başlamış, sonrakı illərdə “Balaxanıneft”, “Siyəzənneft”, “H.Z. Tağıyev adına” və “Abşeronneft” NQÇİ-lərinə rəhbərlik etmişdir. 2019–2024-cü illərdə “Azneft” İstehsalat Birliyinin Baş direktoru, daha sonra SOCAR Prezidentinin müşaviri vəzifəsində çalışaraq hasilatın optimallaşdırılması, təhlükəsizlik və ekoloji standartların təkmilləşdirilməsi istiqamətində mühüm layihələrə imza atmışdır. Hazırda o, “GEOexpert Consulting” MMC-nin baş direktoru kimi ölkənin neft-qaz sektorunda özəl konsaltinq fəaliyyətini idarə edir və hasilat proseslərinin avtomatlaşdırılması, resursların səmərəli istifadəsi və innovativ yanaşmaların tətbiqi üzrə komandamıza rəhbərlik edir. Elmi fəaliyyəti ilə də seçilən Şahmar Hüseynov 2018-ci ildə texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini almış, çoxsaylı elmi əsərlərin və patentlərin müəllifidir. O, İstanbul Gedik Universitetinin fəxri doktoru, Ukrayna Texnologiya Akademiyasının akademikidir. Peşə nailiyyətlərinə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Tərəqqi” medalı və “Əməkdar mühəndis” fəxri adı ilə təltif edilmişdir və hasilatın artırılması üçün patentlərə malikdir. YAP üzvüdür.

Azad Məcidov

Direktor müavini, Əməyin mühafizəsi və Keyfiyyət üzrə Mütəxəssis

Azad Məcidov “GEOexpert Consulting” MMC-də Direktor müavini və Əməyin mühafizəsi, Təhlükəsizlik, Ekologiya və Keyfiyyət xidmətinin rəhbəri kimi fəaliyyət göstərir. Bakı Dövlət Universitetinin Geologiya-Coğrafiya fakültəsini bitirmiş və sənayedə texniki təhlükəsizlik qaydaları üzrə sertifikatlara malikdir. O, şirkətin əməliyyatlarının təhlükəsiz, ekoloji və keyfiyyət standartlarına uyğun həyata keçirilməsini təmin edir, əməyin mühafizəsi və risklərin idarə olunması sahəsində geniş təcrübəyə malikdir. Eyni zamanda, idarəetmə və komanda koordinasiyasında səmərəli yanaşmaları ilə tanınır. Azad Məcidov Azərbaycan və Rus dillərini sərbəst bilir və şirkətin strateji hədəflərinə çatmaq üçün əməliyyatların optimallaşdırılması və standartların yüksək səviyyədə qorunması üzrə mühüm rol oynayır.

Elmir Qaragözov

Baş Direktorun müavini, Geoloq, Doktorant

Elmir Qaragözov Azərbaycan Dövlət Neft və Sənaye Universitetində neft-mədən geologiya üzrə bakalavr və dəniz yataqlarının qiymətləndirilməsi və səmərəli işlənməsini özündə əhatə edən istiqamət üzrə magistr təhsili almış, daha sonra Azərbaycan Milli Elmlər Akademiyasında qalıq neft ehtiyatlarının mənimsənilməsinin geoloji-riyazi üsulları mövzusundə dissertasiya müdafiə edərək, yer elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Hal-hazırda doktorantura pilləsində geoloji-texnoloji risk şəraitində karbohidrogen ehtiyatlarının səmərəli mənimsənilmə yollarının araşdırılması istiqamətində elmi tədqiqat aparır. Karyerasına 2005-ci ildə “Bibiheybət” NQÇİ-də neft-qazçıxarma operatoru kimi başlamış, sonrakı illərdə “28 May” NQÇİ, “Azneft İB” və SOCAR-da müxtəlif neft-qaz yataqlarının geologiyası, işlənilməsi və hasilat dayanıqlılığının qorunması və artırılması planlarının hazırlanması, o cümlədən yeni neft-qaz kəşfiyyatı  istiqamətlərində rəhbər vəzifələrdə çalışmışdır. 2025-ci ildən “GEOexpert Consulting” MMC-də Baş Direktorun müavini kimi fəaliyyət göstərir. Elmir Qaragözov neft-qaz yataqlarının idarə edilməsində, o cümlədən onların qiymətləndirilməsi, hasilat potensialının müəyyənləşdirilməsi, işlənməyə verilməsi və hasilatın artırılması üzrə proqramların hazırlanması və yeni yataqların kəşfiyyatı sahələri üzrə geniş təcrübəyə malikdir. Eyni zamanda, magistratura səviyyəsində neft-qaz yataqların geologiyası, işlənilməsi və neft-qaz hasilatı istiqamətləri üzrə tədris aparır, elmi işlərə rəhbərlik edir. O, Azərbaycan, rus və ingilis dillərini bilir, türk dilində yaxşı səviyyədə ünsiyyət qura bilir. Komanda işi, liderlik və idarəetmə, kommunikasiya və çeviklik bacarıqları ilə seçilir və hasilatın artırılması üçün patentlərə malikdir.

İlham Babayev

Elmi-texniki Şuranın üzvü

İlham Babayev 1974–1982-ci illərdə Azərbaycan Dövlət Universitetinin Geologiya fakültəsində təhsil alaraq mühəndis-geoloq ixtisası üzrə bakalavr dərəcəsi almış, daha sonra MBA (magistr) təhsili ilə idarəetmə sahəsində biliklərini dərinləşdirmişdir.

45 ildən artıq peşəkar iş stajına malik olan İlham Babayev neft-qaz sənayesində həm texniki, həm də strateji idarəetmə sahələrində geniş və çoxşaxəli təcrübəyə sahibdir. O, karyerası ərzində quruda və dənizdə 435-dən artıq neft və qaz quyusunun uğurla qazılaraq istismara verilməsinə rəhbərlik etmiş, 1000 nəfərlik işçi heyəti ilə iri layihələrin effektiv idarə olunmasını təmin etmişdir.

Peşəkar fəaliyyəti dövründə SOCAR, xarici neft şirkətləri və dövlət qurumları ilə yüksək səviyyəli əməkdaşlıq və danışıqlar aparmış, Azərbaycan və Gürcüstanda çoxsaylı yüksəkbüdcəli layihələrin uğurla icrasına rəhbərlik etmişdir. O, SƏTƏM standartlarının tətbiqi, yeni texnologiyaların istehsalata inteqrasiyası, eləcə də quruda neft və qaz yataqlarının bərpa və inkişaf layihələrinin idarə olunması sahələrində mühüm töhfələr vermişdir.

İlham Babayev müxtəlif illərdə Gulf Drilling Supply FZE şirkətində Baş direktor, Caspian Technology Supply şirkətində İcraçı direktor, bir sıra birgə əməliyyat şirkətlərində yataq meneceri və regional direktor, SOCAR strukturunda isə baş mühəndis, baş geoloq və şöbə rəis müavini vəzifələrində çalışmışdır.

O, Azərbaycan dilini ana dili səviyyəsində, rus dilini mükəmməl, ingilis və türk dillərini isə yaxşı səviyyədə bilir. Liderlik, strateji idarəetmə və layihə menecmenti sahəsində çoxsaylı mükafatlara və ixtisasartırma kurslarına malikdir.