Peşəkər xidmətlərimizdən faydalanın

Təcrübəli komandamız yerli və beynəlxalq standartlara əsaslanaraq, hər bir layihəyə fərdi yanaşma tətbiq edir. 
Bizim üçün əsas prioritet — müştərilərin texniki – iqtisadi göstəricilərinin yüksəldilməsi, ekoloji dəyərlərin qorunmasıdır.

Aşağıda qeyd olunan xidmətləri Sizə təklif edirik:

Quyu fondunun qiymətləndirilməsi

Biz işlək quyu fondunu monitorinq edərək və optimallaşdırma proqramları hazırlayaraq hasilatı maksimuma çatdırırıq. Fəaliyyətsiz və ləğv edilmiş quyuların potensialını qiymətləndirir, bu əsasda təmir və istismara qaytarma proqramlarını hazırlayırıq. 
  • İşlək quyu fondunun monitorinqi, hasilatın artırılması üçün tədbirlər proqramının hazırlanması;
  • Quyuların sulaşmasının təhlil və sulaşmaya qarşı tədbir planlarının hazırlanması; 
  •  Quyu dibi zonaya təsir üsullarının monitorinqi, quyu dibi zonası çirklənmiş quyuların seçilməsi, tədbirlərin təkmilləşdirilməsi; 
  •  Fəaliyyətsiz quyu fondunun potensialının və təmir mümkünlüyünün monitorinqi, təmir proqramlarının hazırlanması; 
  •  Ləğv quyu fondunun potensialının araşdırılması, təmir və istismara qaytarma mümkünlüyünün monitorinqi, təmir proqramlarının hazırlanması.

Hasilatın optimallaşdırılması

Hər quyu üçün geoloji və texniki tədbirlər seçir, lay məhsuluna keçiriliciyə uyğun olaraq quyu dibi zonanın işlənməsi. Hasilat və yığım-nəql sistemlərinin effektivliyini artıraraq xərcləri minimuma endiririk. Quma qarşı mübarizə, ​reagent, süzgəclərin və propant üsulunun tətbiqi ilə əməliyyatlar daha səmərəli olur.
  • Quyuların istismar üsullarının monitorinqi, ​təkmilləşdirilməsi;
  • Quyu rejimlərin monitorinqi, optimallaşdırılması;
  • Hasilat, yığım-nəql sisteminin monitorinqi, ​təkmilləşdirilməsi;
  • Yataqlarda hasilatın artırılması üçün müasir texnoloji və analitik yanaşmaların tətbiqi;
  • Yatağın tam idarə olunması (yatağın bütün mərhələlərini 0-dan götürərək planlama, idarəetmə və optimallaşdırma);
  • Elektrik enerjisi xərclərinin azaldılması (Mancanaq dəzgahı ilə işləyən quyularda).

Layların qiymətləndirilməsi və süni təsir üsulları

Yataqların və horizontların monitorinqi, qalıq ehtiyatların analizi və potensialın qiymətləndirilməsi əsasında yeni sahələrin seçilməsi ilə maksimum nəticə əldə edirik. Su vurma və digər süni təsir üsullarının tətbiqi imkanlarının araşdırılması və istifadəsi ilə işlənmə-hasilat göstəricilərinin yüksəldilməsi.
  • Yatağın, kəsilişdəki horizontların işlənmə-istismar proseslərinin monitorinqi;
  • Horizontların qalıq ehtiyatlarının monitorinqi, kəsiliş və sahə üzrə potensiallı layların seçilməsi;
  • Kəsilişdə yan keçilmiş, istismar edilməmiş layların araşdırılması, potensialının qiymətləndirilməsi;
  • Yeni və yan lülə quyularının qazılması üçün sahələrin və horizontların seçilməsi;
  • Süni təsir üsullarının tətbiqi üçün layların seçilməsi;
  • Tarixi suvurma prosesinin qiymətləndirilməsi;
  • Təkmilləşdirilmiş suvurma strategiyasının hazırlanması;
  • Neftverimini artıran III təsir üsullarının tətbiq imkanlarının araşdırılması, layların geoloji-texnoloji göstəricilər əsasında uyğun üsulun seçilməsi.

Tədqiqatlar

Geoloji-geofiziki tədqiqatlar ilə layların potensialını dəqiq qiymətləndiririk. Laboratoriya tədqiqatları əsasında tədbirlərin icrasını təmin edən əməliyyat proqramları hazırlayırıq.
  • Quyularda geoloji-geofiziki tədqiqatların aparılması, layların potensialının və verimliliyinin qiymətləndirilməsi
  • Quyulardan maye, qaz nümunələrinin götürülməsi;
  • Quyulardan süxur və kern nümunələrinin götürülməsi;
  • Quyu verimliliyinin yüksəldilməsi üçün laboratoriya tədqiqatlarının aparılması;
  • Tədqiqat nəticələrinə əsaslanan tədbirlərin hazırlanması.

Quyu əməliyyatlarının qiymətləndirilməsi

Təmir proqramlarını optimallaşdırır, yeni  (yeni konstruksiyalı) və yan lülə quyularında qazma və tamamlanma əməliyyat planlarını icra edirik. İşlək quyu fondunda izolyasiya, sementləmə, deffektlərin aradan qaldırılması və süzgəclərin tətbiqi ilə əməliyyat səmərəliliyini və gəlirliliyi artırırıq.
  • Quyuların təmir proqramının monitorinqi, təkmilləşdirilməsi;
  • Quma qarşı mübarizə - Propant üsulunun və ​reagent, süzgəclərin tətbiqi planların hazırlanması və işlərin icrası;
  • Qazma və yan lülə quyularında əməliyyat planlarının monitorinqi, təkmilləşdirilməsi;
  • Quyuların istismar kəmərində defektin təyini və aradan qaldırılması təklifi;
  • Təmirlər arası müddətin uzadılması, təmir müddətinin qısaldılması, təmir əməliyyatlarının təkmilləşdirilməsi, əməliyyat xərclərinin azaldılması proqramlarının hazırlanması.

Texniki audit və məsləhət

Mövcud hasilat sistemlərinin təhlili, səmərəlilik və təhlükəsizlik üzrə təkliflərin hazırlanması.
  • Mövcud hasilat sistemlərinin texniki və texnoloji vəziyyətinin təhlili
  • İstehsal proseslərinin səmərəliliyinə dair göstəricilərin toplanması və müqayisəsi
  • Avadanlıqların enerji sərfi, məhsuldarlıq və nasazlıq tezliyinin qiymətləndirilməsi
  • Təhlükəsizlik tələblərinə uyğunluğun yoxlanması (avadanlıq, təzyiq sistemləri, qaz mühitləri və s.)
  • Potensial risk və qəza mənbələrinin müəyyənləşdirilməsi
  • Səmərəliliyin artırılması üzrə texnoloji və idarəetmə təkliflərinin hazırlanması
  • Təhlükəsizlik səviyyəsinin yüksəldilməsi üçün texniki və təşkilati tədbirlərin planlaşdırılması
  • Təhlil nəticələrinə əsasən yekun hesabat və təkliflər sənədinin hazırlanması

Ekoloji işlər üzrə xidmətlər

Xidmətə daxil olan işlər
  • Ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə ekspertiza işləri, proqram və sənədlərin hazırlanması;
  • Rekultivasiya planının hazırlanması;
  • Ekoloji pasportun hazırlanması;
  • Ekoloji icazə sənədlərinin hazırlanması.

Bərk faydalı qazıntılar üzrə xidmətlər

Xidmədə daxil olan işlər
  • Faydalı qazıntı ehtiyatların qiymətləndirilməsi, ekspert rəyinin verilməsi;
  • İstismar layihə və dağ mədən işlərinin inkişaf planının hazırlanması;
  • Faydalı qazıntı yataqların dair texniki iqtisadi əsaslandırma sənədinin hazırlanması;
  • Quyulardan götürülmüş süxur və kern nümunələrinin saxlanma şəratinin yoxlanılması.

Mühəndis geoloji xidmətlər

Xidmətə daxil olan işlər
  • Mühəndisi geoloji tədqiqatlar;
  • Qaz anbarlarının yerinin müəyyənləşdirilməsi üçün mühəndisi geoloji işlər;
  • Yeraltı qurğuların tikintisi üçün mühəndis geoloji işlər;
  • Yaşayış binalarının tikilməsi üçün mühəndisi geoloji işlər.

Biz neft-qaz və ekologiya sahəsində fəaliyyət göstərən məsləhətçi şirkətik. 

Məqsədimiz — ​yataqların potensialından maksimum istifadə və hər bir layihədə səmərəliliyi, təhlükəsizliyi və ekoloji məsuliyyəti təmin etməkdir. Təcrübəli komandamız proseslərin optimallaşdırılması, risklərin minimuma endirilməsi və dayanıqlı inkişaf strategiyaları ilə müştərilərimizin nəticələrini artırır. Biz inanırıq ki, düzgün yanaşma və innovativ həllər sayəsində hər yataq öz tam potensialını göstərə bilər.