Haqqımızda

GEOexpert Consulting MMC — ​neft-qaz sektorunda hasilatın artırılması, istismar prosesinin optimallaşdırılması və mühəndislik xidmətləri sahəsində fəaliyyət göstərən peşəkar konsaltinq şirkətidir. 

Biz bütün layihələrimizi yüksək peşəkarlıq, dəqiqlik və məsuliyyət prinsipləri ilə həyata keçirir, müştərilərimizə etibarlı və dəqiq nəticələr təqdim edirik. 

Fəaliyyət istiqamətlərimizə ​neft-qaz sahələrində hasilatın minimum 20% artırılması, istismar prosesini optimallaşdırmaq, qum probleminin 100% həlli məsləhət xidməti, mühəndis-geoloji analizlər, tikinti və infrastruktur layihələri üçün texniki dəstək daxildir. Peşəkar komandamız və müasir texniki avadanlıqlarımız sayəsində biz layihələrin keyfiyyətli icrasına, təhlükəsizliyə və beynəlxalq standartlara tam uyğunluğa zəmanət veririk. 

Hər bir layihəyə fərdi yanaşma və məsuliyyətlə yanaşmaq GEOexpert-in əsas dəyərlərindəndir. 

Məqsədimiz — Azərbaycanın və regionun mühəndislik və geologiya bazarında etibarlı tərəfdaş kimi seçilmək, müştərilərimizə innovativ və davamlı həllər təqdim etməkdir.

Amalımız - Xidmətlər yüksək keyfiyyətlə, az xərclə və beynəlxalq təcrübələrə əsaslanaraq icra edilir.