GEOexpert Consulting

Hasilat-istismar əməliyyatların qiymətləndirilməsi və ətraf mühit sahələrində peşəkar xidmətlər

Əsas Fəaliyyət İstiqamətlərimiz və təkliflərimiz

Şirkətimiz ​neft-qaz sənayesində hasilatın minimum 20% artırılması, istismar prosesinin optimallaşdırılması, qum probleminin 100% həlli, ekoloji layihələr üzrə geoelmlər, mühəndislik, əməliyyatlar üzrə məsləhət və icra xidmətlərini həyata keçirir

DAHA ətraflı
Quyu fondunun qiymətləndirilməsi
Hasilatın optimallaşdırılması
Layların qiymətləndirilməsi və süni təsir üsulları
Tədqiqatlar
Quyu əməliyyatlarının qiymətləndirilməsi
Texniki audit və məsləhət
Ekoloji işlər üzrə xidmətlər
Bərk faydalı qazıntılar üzrə xidmətlər
Mühəndis geoloji xidmətlər

GEOexpert Consulting
haqqında

Biz — neft-qaz ​sektorunda hasilatın artırılması, istismar prosesinin optimallaşdırılması, effektiv tədbirlər planlarının hazırlanması və ekoloji sahələrdə fəaliyyət göstərən, istehsalın artırılması və resursların səmərəli istifadəsi üzrə ixtisaslaşmış məsləhətçi şirkətik. Şirkətimizin əsas məqsədi — müştərilərimizə elmi, təcrübi, müasir texnologiyalara əsaslanan  və ekoloji cəhətdən səmərəli həllər təqdim etməklə, hasilat proseslərinin tam potensialdan istifadəsini təmin etməkdir. 

54

Müqavilə

29

Mühəndis

51

Tamamlanmış layihə

3

Davam edən layihə

Layihələrimiz

Avadanlıqlarımız

Bu avadanlıqlar sayəsində biz hər layihədə maksimum əməliyyat səmərəliliyi, təhlükəsizlik və vaxtına uyğun icra təmin edirik.

Qazma və təmir avadanlıqları

  • 50-180 tona qədər qaldırıcı qurğular;
  • Qazma nasosları (F1000 və F800 marka);
  • Universal tip preventorlar və idarəetmə pultu;
  • Məhlu çənləri (45, 60 və 80 kub m – təmizləmə sistemi ilə birgə);
  • Qazma boruları (72/124 mm); Güc fırladıcı (80 və 100 ton);
  • Sementləmə başlıqları (7, 9, 13 düym);
  • Tutucu alətlər (müxtəlif növ və ölçüdə);
  • Açar, elevator, spider və s.

Propant vurulması üçün kompleks

  • Propant — qumun qarşısını almaq və yataq keçiriciliyini artırmaq üçün quyulara vurulan xüsusi keramika və ya yüksək möhkəmliyə malik qum dənəcikləri.
  • Qumlaşma problemi: Layların zəifləməsi → qum axını → hasilatın azalması.
  • Ənənəvi tədbirlər ilə müqayisə: Mexaniki süzgəclər — tez tutulur, uzunömürlü deyil.
  • Qum tələləri — problemlərin nəticələrini aradan qaldırır, səbəbi deyil.
  • Kimyəvi reagentlər — effekt lokal və qısamüddətlidir.
  • Propant üsulu → atmosfer təzyiqinə davamlı kanallar yaradır və uzunmüddətli yüksək keçiricilik təmin edir.

Quyu kameraları

  • Quyularda lülənin vəziyyətini, kəmərin və qəza başlıqlarının real görüntüsünü tədqiq etmək üçün 3000 m-dək endirilə bilən kamera

Nəqliyyat və xüsusi təyinatlı texnikalar

  • Sementləmə aqreqatları (SA 300 atm və 400 atm);
  • Səyyar Buxar masınları (ADPM);
  • Yanacaq və Su maşınları;
  • Səyyar Beton Maşınları, Betonvuran Pompa;
  • Qaldırıcı kranlar (40 və 55 tonluq);
  • Vakum maşınları (10 və 20 kub m);
  • Kran manipulyator (5 və 10 tonluq);
  • Daiman
  • Özüboşaldan maşınlar
  • Treyler
  • Buruq qazma avadanlığı
  • Buldozerlər, Qreyderlər, Vərdənə, Ekskavatorlar Minik maşınları və pikaplar

Texnologiya və Patentlər

Daima yeni və effektiv texnologiyalar axtarışındayıq.

Yeni texnologiyalarımız 
Biz ən son texnologiyaları tətbiq edərək hasilatı artırırıq. Rəqəmsal alətlər və innovativ metodlar sayəsində proseslər daha dəqiq və effektiv idarə olunur.  
Patentlərimiz 
Şirkətimiz patentləşdirilmiş üsul və avadanlıqlar ilə unikal həllər təqdim edir, bu da həm əməliyyatların səmərəliliyini, həm də təhlükəsizliyini təmin edir.  
Texnoloji sistemlərin qurulması 
Müasir yanaşmalarla texnoloji sistemləri qurur, əməliyyatları optimallaşdırır və məlumatların dəqiqliyini artırırıq.  
Düzgün avadanlıq seçilməsi 
Yerüstü və yeraltı avadanlıqların optimal seçimi ilə xərcləri azaldır və hasilatı maksimuma çatdırırıq.  
Elektrik enerjisi xərclərinin minimuma endirilməsi 
Texnoloji həllərimiz ilə əməliyyatlarda enerji sərfiyyatını minimuma endirir, həm iqtisadi, həm ekoloji fayda yaradırıq 

Əməkdaşlıq etdiyimiz şirkətlər

Dünyanın aparıcı şirkətləri ilə uğurlu əməkdaşlıq edirik